Xəbər lenti

“Qarabağ” “Neftçi”ni darmadağın etdi
İdman 22:23 20.09.2024

“Qarabağ” “Neftçi”ni darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.


Qaynarinfo xəbər verir ki, turun mərkəzi oyunu da ilk oyun gününə təsadüf edib.


Son çempion "Qarabağ” doğma meydanda əvəzli rəqibi "Neftçi” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi əzəli rəqibini böyük hesabla məğlub edib.


"Turan Tovuz” – "Araz-Naxçıvan” oyunu sabah keçiriləcək. Sonuncu oyun günündə (22 sentyabr) isə "Səbail” "Sabah”ı, "Sumqayıt” "Zirə”ni qəbul edəcək.


Azərbaycan Premyer Liqası


7-ci tur


20 sentyabr


"Qarabağ” – "Neftçi” 4:0


Qollar: Robert Bauer, 18-öz qapısına. Olavio Juninyo, 29. Yassin Benzya, 45+3. Leandro Andrade, 90+1.


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.


"Azersun Arena”, 20:00.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->