Xəbər lenti

Polşada ölən azərbaycanlı tələbə direktorun oğlu imiş (FOTO)
Ölkə14:08 20.09.2024

Polşada ölən azərbaycanlı tələbə direktorun oğlu imiş (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşada qəfil vəfat edən tələbə Xəzər Cabbarlının nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi məlum deyil.
Bu barədə "Qafqazinfo”ya açıqlamasında onun atası Azər Cabbarov bildirib.
Laçın rayon 31 nömrəli tam orta məktəbin direktoru olan A.Cabbarov oğlunun ölüm səbəbinin ekspertiza rəyinin açıqlanmasından sonra məlum olacağını əlavə edib.
Qeyd edək ki, Polşanın Krakov şəhərində yaşayan və magistr təhsili alan Xəzər Cabbarlı sentyabrın 19-da qəfil dünyasını dəyişib.
"Odlar Yurdu” Gənclər İctimai Birliyinin İdarə Heyətinin sədri olan X.Cabbarlı ictimai sektorda fəal gənclərdən olub.