Xəbər lenti

Britaniyanın dövlət borcu 1960-cı illərdən sonra ən yüksək səviyyəyə çatdı
Dünya 18:20 20.09.2024

Britaniyanın dövlət borcu 1960-cı illərdən sonra ən yüksək səviyyəyə çatdı

Böyük Britaniyanın dövlət borcu avqustun sonunda ÜDM-in 100%-nə çatıb. 

Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, bu rəqəm 1960-cı illərdən sonra ölkə üçün rekorddur.

Dövlət sektorunun xalis borclanması keçən ay 2023-cü ilin avqustundan 3,3 milyard funt-sterlinq artaraq 13,7 milyard funt-sterlinq olub. Üstəlik, bu, hesabat dövrü üçün qeydə alınmış üçüncü ən böyük borc məbləğidir.

Aprel ayından başlayan cari maliyyə ili üçün ümumilikdə dövlət sektorunun borclanması avqustun sonuna kimi proqnozlaşdırılan 57,8 milyard funt-sterlinqdən artıq - 64,1 milyard funt-sterlinq olub.

Britaniyanın iqtisadi vəziyyəti II Dünya müharibəsindən bəri ən pisdir, Bu barədə iyul ayında maliyyə naziri Raşel Reeves vəzifəyə gəldikdən qısa müddət sonra açıqlama verib. 

"İqtisadiyyat son 14 ildə digər inkişaf etmiş iqtisadiyyatların orta tempi ilə inkişaf etsəydi, 130 milyard funt-sterlinq (165,9 milyard dollar) daha böyük olardı ki, bu da il ərzində yalnız əlavə 58 milyard funt-sterlinq (74 milyard dollar) vergi gəliri yarada bilərdi", deyə nazir qeyd edib.

Qeyd edək ki, 2023-cü ildə qlobal dövlət borcu 100 trilyon dolları ötüb. Üstəlik, bu borcun təxminən 1/3-i ABŞ-ın payına düşür. Bu ilin iyul ayında ABŞ-ın borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib. Analitiklərin fikrincə, yaxın onillikdə Amerikanın dövlət borcunun həcmi 54 trilyon dollara çata bilər.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqının statistika idarəsinin (Eurostat) məlumatına görə, 2024-cü ilin ikinci rübündə avrozonanın ÜDM-i əvvəlki üç ayla müqayisədə 0,3% artıb. İllik ifadədə avrozonanın iqtisadiyyatı 0,6% artıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->