Xəbər lenti

Almaniyada sinəsində daş olan
Dünya 22:41 20.09.2024

Almaniyada sinəsində daş olan "zombi"nin məzarı açıldı - Necə və niyə öldürülüb? (FOTO)

Almaniyada XVII əsrə aid dar ağacının yaxınlığında qazıntılar zamanı arxeoloqlar bir adamın sinəsinə böyük bir daş basdırıldığı məzar tapıblar..  Görünür, onun "dirilməsinin" qarşısını almaq istəyiblər.

Qaynarinfo xəbərə verir ki, bu barədə "LiveScience" yazıb.

Saksoniya-Anhalt əyalətinin Quedlinburq şəhəri yaxınlığında yerləşən məzar 1660-cı illərdən XIX əsrin əvvəllərinə qədər cinayətkarların asılaraq edam edildiyi dar ağacının yerində aşkar edilən ən azı 16 cəsəddən biridir.

Dövlət orqanları adından qazıntıları idarə edən arxeoloq Marita Genesis "Live Science"a bildirib ki, Avropada belə "zombie" qorxusu 16-18-ci əsrlər arasında yaranıb.

"Bunlar, etiraf etmədən və ya bəraət almadan erkən və ya qəfil öldürülmüş insanlardır. Onların dirilər dünyasına qayıda biləcəyi qorxusu olub, buna görə də ölülərin bunu etməməsi üçün müxtəlif tədbirlər görülüb", deyə arxeoloq bildirib.

Bu cür tədbirlərə buxur səpmək, taxta xaçlar qoymaq, mərhumun əzalarını bağlamaq və ya müxtəlif vasitələrlə basdırmaq daxil ola bilər. Bu zaman meyit tabutsuz arxası üstə basdırılır, sinəsinə iri daşlar qoyulur.

Basdırılmış skeletin üzərində heç bir edam izi olmayıb, baxmayaraq ki, asılma və boğulma görünən iz buraxmır. Əlavə testlər onun necə öldüyünə aydınlıq gətirə bilər.

Məhkum edilmiş cinayətkarlar edam yerində asılır və tez-tez basdırılıblar ki, cəsədləri uzaq məsafələrə daşımaq lazım olmasın. Dəfn yerində ən azı 16 ayrı qəbir və iki sümük çuxuru var. Bəzi skeletlərdə kəskin yaraların izləri olub. Ölənlərin əksəriyyəti, o cümlədən "zombilər" tabutsuz dəfn edilib.

Eyni zamanda, Quedlinburqdakı dəfnlərdən biri qeyri-adidir, çünki bir adam taxta tabutda, arxası üstə uzanmış, qolları irəli uzadılmış şəkildə dəfn edilib. Arxeoloqlar bu adamın intihar etdiyindən şübhələnirlər, o zamanlar bu, qətlin bir növü hesab olunurdu - buna görə də qanun onun edam yerində dəfn edilməsini tələb edirdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->