ABŞ-ın Kaliforniya ştatının Hanford ərazisində yerləşən fermada kosmik tullantı aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, dəmir parçasını tapan fermer dərhal rəsmilərə müraciət edib və araşdırma nəticəsində hissəciyin rabitə peykinə aid kosmik tullantı olduğu müəyyənləşib. Rabitə peyki şirkəti "Iridium" dəmir parçasının onlara məxsus peykin yanacaq sisternasının hissəsi olduğunu açıqlayıb.
Qeyd edək ki, bu hissə atmosferə daxil olan zaman məhv olmalıdır. Şirkət niyə belə bir hissənin Yerə gəlib çata bildiyini araşdıracaq.
Gülşən
Şərhlər