ABŞ-da İraq, Suriya, Efiopiyadan olan miqrantlar hücuma məruz qalıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Aydaho ştatında baş verən hadisədə ad günü şənliyinə hücum edilib və 9 nəfər bıçaqlanıb, 4-ünün vəziyyəti ağırdır. Yaralılardan 6-sı uşaqdır.
Hadisədə şübhəli bilinən qonşu 30 yaşlı Timmi Örl Kinner həbs edilib.
Hücuma məruz qalan şəxslər ABŞ-dan yaşama izni istəyən və müvəqqəti olaraq bir binaya yerləşdirilən miqrantlardır.
Gülşən
Şərhlər