Xəbər lenti

Elman Paşayevə həbs qərarı verildi
Dünya 19:55 18.09.2024

Elman Paşayevə həbs qərarı verildi

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayevə Moskvada həbs qərarı verilib.


"Qafqazinfo” xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.


Bildirilib ki, Moskva Hərbi qarnizon məhkəməsində Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.


"İstintaqın vəsatəti təmin edilib və şübhəli Paşayev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, - hakim Maksim İvanov qərarı elan edib.


Məlumata görə, Paşayev noyabrın 15-dək istintaq təcridxanasına göndərilib.


Qeyd edək ki, Rusiya İstintaq Komitəsi Paşayevə qarşı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ilə (xüsusilə külli miqdarda dələduzluq) cinayət işi açıldığını, onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloqer Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyini bildirib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->