Xəbər lenti

Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina edir: 3 dəfə cərimələnib - MƏBLƏĞ
Ekonomiks 18:27 18.09.2024

Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina edir: 3 dəfə cərimələnib - MƏBLƏĞ

Mebel istehsalçısı "Embawood" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə məbləği məlum olub. 

Qaynarinfo-nun məlumatına görə, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 dəfə cəzalandırılıb. 

Qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğlu olan "Embawood" MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3037.00 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, "Embawood" mebel firmasının sahibi sabiq deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub.

Aydın
--> -->