Xəbər lenti

ABŞ-dan İrandakı aksiyalara dəstək
Dünya 14:22 17.11.2019

ABŞ-dan İrandakı aksiyalara dəstək

ABŞ Dövlət Katibi Mayk Pompeo İranda davam edən etiraz askiyalarına dəstək nümayiş etdirib.

Qaynarinfo
xəbər verir ki, Ağ Ev rəsmisi 2018-ci ildə "Twitter"də yazdığı fikirləri yenidən paylaşıb:

"40 illik özbaşınalıqdan sonra məğrur İran xalqı hökumətin zorakılıqları qarşısında səssiz qalmır. Biz də sakit dayanmayacağıq. İran xalqına mesajım var: ABŞ sizi eşidir, sizə dəstək verir və sizinlədir".

Qeyd edək ki, İranda ötən günlərdə benzinin qiyməti 50-300% qaldırılıb. Xalq hökumətin qərarına etiraz edərək nümayişlər keçirir. Aksiyalar zamanı bank, hökumət binaları və yanacaqdoldurma stansiyalarına od vurulub, 20-dən çox insan həyatını itirib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->