Xəbər lenti

ABŞ-dan növbəti iddia: Rusiya seçki sisteminə kiber müdaxilə edib
Dünya 11:18 17.02.2018

ABŞ-dan növbəti iddia: Rusiya seçki sisteminə kiber müdaxilə edib

ABŞ-da davam edən istintaq prosesinə rəhbərlik edən Robert Müller 3 Rusiya qurumu və 13 Rusiya vətəndaşını prezident seçkilərinə müdaxilədə ittiham edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Müller məsələ ilə bağlı məhkəmə prosesinə start verilə biləcəyini deyib. İddianamədə bildirilir ki, Rusiya vətəndaşları 2014-cü ildən etibarən, həmçinin 2016-cı ildə ABŞ-dakı seçki sisteminə kiber müdaxilə ediblər.

Məsələ ilə bağlı açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, iddia ilə bağlı sübut yoxdur və bu fakt, Moskvanın seçkiyə müdaxilə etmədiyini göstərir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->