ABŞ Baş Prokurorluğu "WikiLeaks” rəhbəri Culian Assanca qarşı ittiham irəli sürüb.
Qaynarinfo xəbər verir ki, məsələ səhvən aşkara çıxarılıb. İttihamların Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxilə məsələsinin araşdırılmasında əhəmiyyətli rol oynayacağı bildirilir.
Qeyd edək ki, Assanc 2012-ci ildən bəri Böyük Britaniyanın Ekvador səfirliyində yaşayır. Ona qarşı təcavüz, seksual zorakılıq iddiaları irəli sürülür. ABŞ-da isə onu gizli sənədlərin aşkara çıxarılmasına görə həbs cəzası gözləyir.
Gülşən
Şərhlər