ABŞ Çinin texnologiya nəhəngi "Huawei"yə və onun maliyyə direktoru Meng Wanzhou-ya qarşı rəsmi ittiham irəli sürüb.
Qaynarinfo xəbər verir ki, şirkət 20 müxtəlif cinayətdə ittiham edilir.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, "Huawei" "T-Mobile" şirkətinin kommersiya sirlərini oğurlamağa çalışıb və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozub.
Qeyd edək ki, ötən ilin sonlarında Meng Wanzhou Kanadada həbs edilərək ABŞ-a ekstradisiya edilmişdi.
Gülşən
Şərhlər