Amerikalı erməni əsilli general Cefri Lii Harriqyan ötən günlərdə yayılan ABŞ-Rusiya nüvə müharibəsinin simulyasiyası barədə videoya münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, həmin videoda Rusiyanın Avropaya nüvə zərbəsi endirməsindən sonra ABŞ Rusiyanın Kalininqrad şəhərini vururdu. ABŞ Hava Qüvvələrinin Avropa və Afrika komandiri mediaya Pentaqonun Kalininqradı vurmaq planı barədə danışıb. Harriqyan "ABŞ Rusiyanın Avropadakı hərbi aqressiyasına dərhal reaksiya verməyə hazırdır. Biz bu məsələ üzərində işləyirik və ehtiyac olsa, planı həyata keçirməyə hazırıq. Hücum planımıza hava, quru, dəniz, kiber və elektron müharibədə cavab vermək daxildir", - deyə bildirib.
Gülşən
Şərhlər