Xəbər lenti

ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi
Siyasət 23:11 19.01.2021

ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi

ABŞ hakimiyyəti Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini "soyqırım" və "insanlıq əleyhinə cinayətlər" hesab edir.

Qaynarinfo xəbər verir ki, belə bəyanatla ABŞ-ın dövlət katibi Maykl Pompeo çıxış edib.

"Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirirdi", - Pompeonun bəyanatında iddia edilir.

Çin Xalq Respublikası hakimiyyəti daha əvvəl rəsmi Vaşinqtonun Sinzyan Uyğur muxtar vilayətində yerli sakinlərin haqlarının və azadlıqlarının sıxışdırılması barədə iddialarını dəfələrlə rədd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->