Fransanın xarici işlər naziri Loren Fabius ABŞ xüsusi xidmət orqanlarının Avropa Birliyi qurumlarında casusluq etdiyinə dair iddialarla bağlı Vaşinqtondan izahat istəyib.
Almaniyanın "Spiegel" dərgisində yer alan iddialarla bağlı mətbuata açıqlama verən Fabius Vaşinqton və Brüsseldəki ABŞ rəsmilərilə əlaqə yaradaraq məlumat istədiklərini deyib.
"Spiegel" jurnalı ABŞ Milli Təhlükəsizlik Agentliyinə məxsus məlumatları sızdırdığı üçün xəyanətdə ittiham edilən Eduard Snoudeni mənbə göstərərək ABŞ-ın Avropa Birliyinin Brüssel və Vaşinqtondakı qurumlarını qanunsuz olaraq dinlədiyini yazıb.
Qaynar.info
Şərhlər