Xəbər lenti

ABŞ PKK-nı Tükiyədən qoruyacağını vəd etdi
Dünya 11:32 15.11.2017

ABŞ PKK-nı Tükiyədən qoruyacağını vəd etdi

Amerikalı polkovnik Rayan Diln diqqətçəkən açıqlamalarla yadda qalıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın İŞİD-ə qarşı Beynəlxalq Koalisiya sözçüsü olan polkovnik Pentaqonda təşkil edilən mətbuat konfransında çıxış edib. O, Türkiyənin Suriyanın Afrin şəhərindəki PKK/YPG qüvvələrinə hücumu barədə verilən suala "Türkiyənin hücumu barədə məlumatımız yoxdur, lakin koalisiya qüvvələrinin müttəfiqi olan YPG-ni İŞİD-dən başqa qüvvələrdən də qorumaq öhdəliyimiz var. Lazım gəlsə, YPG daxilindəki hamını, ərəb, kürd, yezidi və xristianları dəstəkləyib müdafiə edəcəyik" cavabını verib.
 
Türkiyə məsələsi nəzərdə tutularaq verilən suala Diln cavab olaraq bildirib ki, ortaqları olan və İŞİD-lə mübarizə aparan YPG-ni bütün təhlükələrdən qoruyacaqlar.

Rusiyanın ABŞ qüvvələrini İŞİD-i müdafiədə ittihamına cavab verən polkovnik "Terrorçular qaçsaydı, hava müdaxiləsi edərdik, amma belə bir vəziyyət yox idi" deyə qeyd edib.

Gülşən
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->