Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla bir sıra müxalifət partiyalarının liderləri arasında görüş keçirilib.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, ABŞ səfirinin dəvəti ilə keçirilən görüş zamanı Azərbaycanda insan haqları, korrupsiya halları, həbsdə olan siyasi partiya funksionerləri, iqtidar-müxalifət münasibətləri, prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Toplantıda İsmayıllı hadisələri ilə əlaqədar saxlanılan şəxslərin, o cümlədən “REAL” Hərəkatının sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov və bu qurumun üzvlərinin həbsləri müzakirə edilib.
Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, “REAL” Hərəkatın həmtəsisçisi Erkin Qədirli , AMİP sədri Yusif Bağırzadə, Liberal Partiyasının sədri Əvəz Temirxan, “El” Hərəkatının təsisçisi Eldar Namazov və ADP sədri Sərdar Cəlaloğlu iştirak edib.
Qaynar.info
Şərhlər