Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi Şimali Koreyada 13 gizli müəssisənin yerlərini müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, tikililər amerikalı mütəxəssislərin iştirakı ilə ticarət peykləri istifadə edilməklə müəyyənləşdirilib. Həmin müəssisələrin raket və oxşar texnologiyaların istehsalı üçün istifadə edildiyi təxmin edilir. Hesabatda bildirilir ki, həmin ərazilər nüvə sınaq sahəsi kimi istifadə edilmir, lakin mütəxəssislərin yoxlamasına ehtiyac var.
Qeyd edək ki, Şimali Koreyada 20 belə müəssisənin fəaliyyət göstərdiyi təxmin edilir.
Gülşən
Şərhlər