Xəbər lenti

ABŞ tarixinin silsilə qətllər törədən ən qorxunc canisi (FOTO)
Dünya 19:05 08.10.2019

ABŞ tarixinin silsilə qətllər törədən ən qorxunc canisi (FOTO)

ABŞ Federal Təhqiqatlar Bürosu 35 il ərzində 90-dan çox qadını boğaraq öldürən Samuel Litlı ölkə tarixinin ən böyük qatili elan edib.

Qaynarinfo xəbər verir ki, 79 yaşlı Litl 1970-2005-ci illərdə fərqli əyalətlərdə 93 nəfəri öldürüb. Bu günə qədər 50 cinayətin Samuel tərəfindən törədildiyi təsdiqini tapıb. Daha əvvəl həmin şəxslərin bir qisminin qəza, yüksək dozada narkotik maddə və qeyri-müəyyən səbəblərdən öldükləri açıqlanmış, bir qisminin isə cəsədi tapılmamışdı.

S.Little 2012-ci ildən bəri Kaliforniyada həbsdə saxlanılır. O, bu müddət ərzində əksəriyyəti qaradərili olan qurbanlarının bəzilərinin rəsmini çəkib. FTB-nin qeydə aldığı videoda Samuel 1993-cü ildə öldürdüyü qadını tənha yolda yoxuşdan aşağı atdığını açıqlayır. Digər bir videoda isə cinayətkar qurbanı barədə "Gözəl qadın idi, açıq rəngli dərisi, uzun boyu, gözəl cizgiləri var idi", - deyə bildirir.

Qeyd edək ki, Samuel Litl 2012-ci ildə həbs edilib. O, 2014-cü ildə 1987-ci ildə törədilən qətlə görə azadlıqdan ömürlük məhrum edilib. Daha sonra isə cinayətlərini etiraf etməyə başlayıb. Cani 1964-1975-ci illərdə 11 ştatda oğurluq, zorlamaya cəhd, fırıldaqçılıq, dövlət işçilərinə hücum və s. cinayətlərə görə 26 dəfə saxlanılıb. O, 1982 və 1984-cü illərdə iki cinayətdə ittiham edilmiş, lakin günahı sübut olunmamışdı. Samuel avtomobilində bir qadını boğmağa çalışdığı üçün bir neçə ay həbsdə qalmış, sonra azad edilmişdi.

Gülşən
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->