Çinin Nyu Yorkdakı Konsulluğu Amerikanın NBC Universal televiziya kanalı tərəfindən Tokioda keçirilən Olimpiya Oyunlarının açılış mərasimində göstərilən "səhv xəritə" ilə bağlı etiraz edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sport-Express"in yaydığı məlumatda deyilir.
Xəritədə Çinin özününkü hesab etdiyi Tayvan və Cənubi Çin dənizindəki bəzi adalar ÇXR-dən ayrı göstərilib.
Çin Konsulluğu NBC-nin "ləyaqətinə xələl gətirdiyini və Çin xalqının hisslərini təhqir etdiyini" qeyd edib. ÇXR-in diplomatik nümayəndəliyi telekanalı "problemin ciddiliyini dərk etməyə və səhvini düzəltmək üçün tədbirlər görməyə" çağırıb.
Bundan əvvəl Tokiodakı Olimpiya Oyunları-2020 rəsmi saytında Krımın əvvəlcə Ukrayna ilə sərhədlə ayrılan Rusiya Federasiyasının bir hissəsi olaraq təyin olunduğu göstərilsə də, sonra həmin sərhəd cizgisi götürülərək Ukrayna ərazisi kimi göstərilib. Bu isə Rusiyanın qəzəbinə səbəb olub.
Şərhlər