ABŞ hərbçiləri Suriyada İran tərəfdarı olan döyüşçülərə aid bir obyektə hücum edib.
Qaynarinfo xəbər verir ki, zərbə endirmək əmrini prezident Co Bayden verib. Hücumun məqsədi ABŞ qüvvələrinin İraqdakı son üç raket hücumu fonunda ABŞ qüvvələrinə qarşı sonrakı hücumların qarşısını almaqdır.
ABŞ hərbi nazirliyinin sözçüsü Con Kirbi də hücumun Prezident Bayden tərəfindən verildiyini təsdiqləyib. Açıqlamaya görə, Amerika tərəfi İranın dəstəklədiyi hərbiləşdirilmiş qrupların istifadə etdiyi sərhəd keçid məntəqəsində bir sıra obyektləri məhv edib.
Kirbi ABŞ-ın zərbəsini "mütənasib hərbi cavab" və "Prezident Baydenin ABŞ və koalisiya qoşunlarını qoruyacağına dair bir siqnal" adlandırıb. Eyni zamanda, Kribi ABŞ-ın hərəkətlərinin Şərqi Suriya və İraqdakı "ümumi vəziyyətin deeskalasiysı" məqsədi daşıdığını vurğulayıb.
Alpər
Şərhlər