Müştərilərinin rahatlığını düşünən "AccessBank” xidmətində yenilik edib. Belə ki, Bank, ATM şəbəkəsini pilləli şəkildə yeniləməyə başlayıb.
"AccessBank”ın paytaxt filiallarında yeni nəsil ATMlər – "Ncr Selfservice” müştərilərin xidmətinə verilib. "Touch-screen” ATM-lərin özəlliyi özünəxidmət funksiyasına malik olmalarındadır. ATM-lər standart məxaric əməliyyatları ilə yanaşı, həm də karta mədaxil və yerində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirdə bilir. ATM-lərin bu funksiyaları sayəsində "AccessBank” müştəriləri cari əməliyyatları 247 rejimində yerinə yetirə biləcəklər. Yeni ATM-lərin ilin sonunadək Bankın bütün filiallarında quraşdırılması nəzərdə tutulub.
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 Əlaqə mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın sosial media hesablarına (
Facebook,
Instagram, Linkedin) daxil olmaq olar.
Şərhlər