Xəbər lenti

Administrasiyadan Rövnəq Abdullayevə CAVAB
Siyasət 13:51 08.06.2013

Administrasiyadan Rövnəq Abdullayevə CAVAB

"Rövnəq Abdullayev deyib ki, əgər Ermənistan bizə müraciət etsə, biz kömək edə bilərik"

Qaynar.info Gün.Az-a istinadən xəbər verir ki, bu fikri Prezident Administrasiyası (PA) rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ARDNŞ prezidenti Rövnəq Abdullayevin  “Ermənistan qazla bağlı bizə müraciət etsə sözsüz ki, biz onlara yardımçı olarıq”  bəyanatına münasibətini bildirərkən dilə gətirib.

“Kömək edə bilər” ifadəsi  zaman anlayışı kimi qrammatikada  bir şərt formasıdır.

Şərt forması da o  deməkdir ki, müəyyən şərtlərlə biz onlara kömək edə bilərik. Amma onların  bizə müraciət etməsi, öz ehtiyacları olmasını bildirməsi, ola bilsin ki, ermənilərdə müəyyən dərəcədə konstruktivliyi ortaya bilər”, - deyən, PA rəsmisinin sözlərinə görə, işğalçı Ermənistan artıq öz çıxılmaz, ağır iqtisadi-siyasi durumunu anlayıb, Azərbaycanla konstruktiv mövqeyə gəlməlidir:

“Onlar artıq  başa düşməlidirlər ki, ömrü boyu  bu coğrafi məkanda  tək yaşamayacaqlar.  Ancaq təəssüflər olsun ki, onların siyasətçiləri, dövlət rəhbərləri  200 ildir  avantürist siyasət apararaq  erməni  xalqını  elə günə gətirib qoyub ki, onlar indi doğrudan da pis vəziyyətdədirlər.

Bununla belə, indi  dövlətlər də  biz az fərqlənir, fərqli mövqe ortaya qoyur.  Yəni,  həmişə onlara pul vermək, yardım, kömək etmək mümkün olmur.  O nöqteyi-nəzərdən bu, ermənilərə, Ermənistana bir növ nəyə isə bir dəvətdir ki, düzgün, uğurlu, konstruktiv yol tutun...”

N.Məmmədov onu da deyib ki,  Ermənistan keçmiş sovetlər dönəmində  həmişə Azərbaycanın hesabına yaşayıb:

“İndi də öz ağılsız, işğalçı siyasətləri üzündən çətin, acınacaqlı vəziyyətdədirlər. Əgər bu vəziyyətlərini nəzərə alıb, Azərbaycan tərəfinə  müraciət edərlərsə, o zaman biz də öz şərtlərimizi, tələblərimizi ortaya qoya bilərik və qoyacağıq.

Bir dəfə də demişəm, qədim yunanların məşhur bir kəlamı var-deyir ki, Allah bir insana cəza verəndə, ilk əvvəl onun ağlını alır...

Allah-taala da ermənilərin öz səhvləri və günahları üzündən onların ağlını alıb...

Axı, nə qədər səhv etmək olar? Səhvi hamı edir, amma səhvin də dərəcəsi var. Heç olmasa, indi səhvlərinizdən nəticə çıxarın və ağıllanın... Qoy işlər də normal getsin!”

Xatırladaq ki, SOCAR prezidenti Rövnəq Abdullayev ANS TV-ə müsahibəsindən “Ermənistan qazla bağlı bizə müraciət etsə sözsüz ki, biz onlara yardımçı olarıq”, deyib.

O qeyd edib ki, Azərbaycan humanist ölkədir və regionda aparıcı dövlət kimi öz məsuliyyətini dərk edir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->