Xəbər lenti

ADO teatrının təntənəli yubileyi olacaq
Sənət 15:00 12.07.2018

ADO teatrının təntənəli yubileyi olacaq

Azərbaycanın ilk müstəqil teatrı olan ADO`nun (Azərbaycan Dağınıq Oda teatrı) təntənəli yubiley tədbiri olacaq. Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO iyulun 15-də 5 yaşın tamamı, 6-cı mövsümün açılışını edəcək.

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO Theatre – Collective bu il 6-cı sezonunun açılışını açıq havada – "Luna Project”də edəcək. #ADOsezon6 adlı genişmiqyaslı tədbir saat 20:00-dan başlayacaq.

Tədbirin əsas proqramı:

ADO`nun performansları ~ "Dağınıq bir Oda 2”, "Əşyalar”, "Araqarışdıran”, "10 sm”, "Hamam” və başqaları.
Teatrın qurucusu Elmin Bədəlovun "ADO yolu” çıxışı.
Rəssam Leyla Quliyevanın sərgisi.
Breyk-dans şou: Jam SS
DJ: Toğrul
Musiqiçilərin ifaları.
Kitab təqdimatı və digər sürprizlər.

***

Bütün bunlar və proqrama əlavə olunacaq yeniliklər haqda ətraflı olaraq "ADO.AZ” saytında və "fb.com/adotheatre” Facebook səhifəsində məlumatlar izləyə biləcəksiniz.

Qeyd edək ki, ADO Theatre – Collective 2013-cü ildə Elmin Bədəlov tərəfindən "Oda” adı ilə yaradılıb. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub. ADO kollektivi hər kəsi öz yubiley tədbirinə dəvət edir.

Giriş sərbəstdir. Yubiley günü hər kəs tədbir keçirilən məkana gələrkən "189 taksi” xidmətindən 30 faiz endirimlə istifadə edə bilər. Bunun üçün 189 nömrəsinə zəng vuraraq tədbirin keçirələcəyi məkanın adını söyləmək kifayətdir. Eyni zamanda 19:30-dan 20:00-a kimi ADO`nun yerləşdiyi məkanın qarşısından (Mirzəağa Əliyev 245) yubileyin keçiriləcəyi məkana xüsusi olaraq yubiley üçün ödənişsiz işləyəcək avtobuslardan istifadə edə bilərsiniz.

Ünvan: Luna Project (Nobel pr. 57)
Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85
Rəsmi sayt:
ado.az
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->