Xəbər lenti

Adolf Hitlerin 1945-ci ilin mayında ölmədiyi ilə bağlı yeni məlumat yayıldı
Dünya 20:54 18.08.2019

Adolf Hitlerin 1945-ci ilin mayında ölmədiyi ilə bağlı yeni məlumat yayıldı

ABŞ-ın "The National İnterest” jurnalı Mərkəzi Kəşfiyyat İdarəsinin məxfilik qrifinin götürüldüyü sənədlərinə əsasən faşist Almaniyasının lideri Adolf Hitlerin hər kəsin bildiyi tarixdə ölmədiyi iddiasını irəli sürüb.

Jurnal fürerin 1945-ci ildə intihar etmədiyini, Berlinin mühasirəsindən çıxıb qaçdığını və həyatının qalan hissəsini Kolumbiyada keçirdiyini bildirib.

Burada söhbət ABŞ kəşfiyyatının Venesuelanın paytaxtı Karakasdakı nümayəndəsinin məruzəsindən gedir. Burada o, "CIMELODY-3” kod adlı agentin məlumatını yuxarı dairələrə çatdırıb.

Həmin "CIMELODY-3” vaxtilə komandanlığı altında Avropada xidmət edən və bəhs edilən dövrdə Venesuelanın Marakaybo şəhərində yaşayan bir dostunun verdiyi maraqlı informasiyanı çatdırıb. Verilən məlumata görə,1955-ci ilin sentyabrın sonunda faşist Almanyasının "SS” Təhlükəsizlik xidmətinin keçmiş zabiti olmuş, özünü Filip Citroen kimi təqdim edən bir nəfər Hitlerin hələ də yaşadığını xəbər edib.

Hətta həmin zabit dediyini sübut etməkdən ötrü fotoşəkil də göstərib. Kəşfiyyat dosyesinə əlavə olunan, Kolumbiyanın Tunqa şəhərində çəkilmiş bir fotoda Adolf Şrittelmayor isimli bir şəxs görünür. Həmiş şəxsin Hitlerə çox bənzədiyi diqqət çəkir.

Jurnal bir çox nasist liderin mühasirədən sonra Cənubi Amerikaya qaçdığını qeyd edərək, Hitlerin də eyni yolla orada yerləşməsi ehtimalını qüvvətli olduğunu yazıb.

Sonda MKİ-nin rəsmi səhifəsinin bununla bağlı dərc olunan materialın originalını təqdim edirik. (Musavat.com)


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->