AFFA "Kəpəz"i pulsuz qoyub.
Bu barədə Qaynarinfo-ya kluba yaxın mənbə məlumat verib. Bildirilib ki, asossiasiya may ayının pulunu kluba ödəməyib. Nəticədə futbolçular, məşqçilər və texniki işçilər maaşlarını ala bilməyib.
Bildirilir ki, klubun icraçı direktoru Elnur Camalxanov dəfələrlə AFFA ilə əlaqə saxlayaraq pulun ödənilməsinə çalışıb. Amma hər dəfə "gələn həftə ödəniş olacaq" desətələr də, hələ də kluba ayrılmış büdcə hesaba köçməyib.
Həmçinin "Kəpəz"də qeyri-müəyyənlik davam edir. Premyer Liqanı tərk edən Gəncə klubunun I divizionda çıxış edib-etməyəcəyi bilinmir.
Şərhlər