Rövnəq Abdullayev prezident seçildi, İK-nın tərkibi müəyyənləşdi (YENİLƏNİB)

Rövnəq Abdullayev prezident seçildi, İK-nın tərkibi müəyyənləşdi (YENİLƏNİB)

AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, qurumun bu gün keçirilən Konfransında komitəyə seçkilər baş tutub.

İcraiyyə Komitəsinə seçkilərdən sonra burada yer alacaq 13 nəfər müəyyənləşib. Bunadək 11 nəfərdən olan komitənin daha geniş tərkibli ilk heyətində AFFA-nın prezidenti və Konfransın seçdiyi 12 şəxs yer alıb.

Bunlar namizədliyi öncədən verilən nümayəndələrdir. Seçkidən öncə namizəd olanların hamısı Konfrans tərəfindən komitəyə daxil edilib.

İcraiyyə Komitəsinin tarixində ilk dəfə burada qadın üzv də olacaq. Bu, Könül Mehtiyevadı.

Həmçinin Elxan Məmmədov da komitədə yeni üzv olub. Uzun illər AFFA-nın baş katibi olan qurum rəsmisi bundan sonra İcraiyyə Komitəsində də yer alacaq.

K.Mehtiyeva və E.Məmmədova ilə yanaşı, komitədə daha bir yeni ad var. Bu, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, güləş üzrə olimpiya çempionu Fərid Mansurovdu. Əvvəlki heyətdən isə yalnız Qurban Qurbanov kənarda qalıb.

İcraiyyə Komitəsinin üzvləri

AFFA prezidenti
Rövnəq Abdullayev

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Zaur Axundov – "Keşlə” FK tərəfindən
2. Rauf Əliyev – "Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov – "Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov – "Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

11.04 
 
Rövnəq Abdullayev dördüncü dəfə AFFA prezidenti seçilib. 

Qaynarinfo xəbər verir ki, seçki AFFA-nın XXVIII növbəti konfransı çərçivəsində təşkil olunub.

Yeganə namizəd olan R.Abdullayev bu vəzifəyə yekdilliklə layiq görülüb.

Qeyd edək ki, Rövnəq Abdullayev AFFA-ya 2008-ci ildən rəhbərlik edir. O, 2012 və 2016-cı illərdə də bu vəzifəyə seçilib.

10.25 
 
Bulvar otelində AFFA-nın XXVIII Növbəti Konfransı işə başlayıb. 

Qaynarinfo xəbər verir ki, tədbirdə ötən ilin hesabatı veriləcək və seçkilər keçiriləcək.

AFFA prezidenti vəzifəsinə Rövnəq Abdullayev yeganə namizəddir. İcraiyyə Komitəsi üzvlərinin sayı isə 13-ə çatdırılıb. Toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, FİFA və UEFA nümayəndələri iştirak edirlər.

Nazir çıxışında konfrans iştirakçılarını salamlayıb. O, idmana dövlət qayğısını xüsusi vurğulayaraq, futbolun hamı tərəfindən sevildiyini bildirib. A.Rəhimov xüsusən Avropa Liqasının final matçının Bakıda keçirildiyini və bu il AVRO-2020-nin dörd oyununun Azərbaycan paytaxtında təşkil olunacağını vurğulayıb. O, AFFA-nın ölkədə kütləviliyin inkişafı istiqamətində gördüyü işləri xüsusi qeyd edərək, nazirliyin də bu işdə əlindən gələn dəstəyi verdiyini söyləyib.

A.Rəhimov bütün namizədlərə uğurlar arzulayıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına futbolçuların da dəstək olacağına ümidvar olduğunu bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov konfransda 35 nümayəndənin hamısının iştirak etdiyini söyləyib.
 
09:19
 
Bu gün AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə seçki keçiriləcək.

Qaynarinfo report-a istinadən xəbər verir ki, AFFA nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev növbəti konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını təqdim edirik:

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən

2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən

3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Zaur Axundov – "Keşlə” FK tərəfindən

2. Rauf Əliyev – "Səbail” FK tərəfindən

3. Vaqif Sadıqov – "Sumqayıt” FK tərəfindən

4. Elşad Nəsirov – "Neftçi” PFK tərəfindən

5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən

2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən

2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən


XƏBƏRLƏR
BLOGLAR