Sənət 14:36 05.12.2022

Aftandil İsrafilovun vəziyyəti ağırlaşıb, yanına heç kimi buraxmırlar

Dekabrın 2-i axşam saatlarında təcili xəstəxanaya yerləşdirilən Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti hələ də ağırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə Lent.az-a ifaçının xanımı Zemfira İsrafilova məlumat verib. O, Aftandil İsrafilovun səhhətinin mənfiyə doğru getdiyini deyərək ağlamağa başlayıb:

"Vəziyyəti dəyişmir. Təzyiqi həddən artıq çoxdur. Ayaqlarına və ciyərlərinə su yığılıb. Böyrəkləri, demək olar işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır, yanına heç kimi buraxmırlar.  Həkimlər də deyirlər ki, əlimizdən nə gəlir, edirik. İnşallah, hər şey yaxşı olacaq. Sadəcə dua etmək etmək qalır bizə".

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəli xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı.