Xəbər lenti

“AG Bank”ın vəziyyəti günbəgün ağırlaşır - HESABAT
Ekonomiks 16:22 17.09.2018

“AG Bank”ın vəziyyəti günbəgün ağırlaşır - HESABAT

Bankın son iki ildə göstəriciləri azalmaqda davam edir. Hesabata əsasən bankın maliyyə vəziyyəti heç də ürəkaçan deyil.

Kommersant.az "AG Bank"ın 2 illik hesabatına istinadən xəbər verir ki, bankın öhdəlikləri, filial sayı, işçi sayı, iri kreditlərin həcmi, aktivləri və məcmu kapitalı azalıb. Bundan başqa isə bankın problemli kreditlərin həcmində kəskin artma müşahidə olunur.

Belə ki, "AG Bankın" öhdəlikləri 135 mln. 165 min manat, iri kreditlərin həcmi 24 mln. 722 min manat, cəmi aktivləri 91 mln. 970 min manat azalıb. Bankın Bakı şəhəri üzrə problemli kreditlərinin həcmi 34 mln. 193 min manat, problemli kreditlətin cəmi isə 4 mln. 72 min manat artıb.

Bundan başqa sözügedən bankın işçi sayı və filial sayında da azalmalar artıb. Belə ki, sözügedən bank 2 il ərzində 2 filialını bağlayaraq işçilər arasında ixtisara gedib.

Qeyd edək ki, "AG Bank"ın məcmu kapitalında kəskin azalma baş verib ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) banklara olan məcmu kapital tələbinə (50 milyon manatdan) cavab vermir (8 mln. 514 min manat askik).
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->