Xəbər lenti

Ağır xəstə olan Selin Dion konsertə hazırlaşır - 4 il sonra
Sənət 21:00 05.07.2024

Ağır xəstə olan Selin Dion konsertə hazırlaşır - 4 il sonra

Fransız əsilli kanadalı müğənni Selin Dion ciddi sağlamlıq problemləri onunda məşqlərə başlayıb və Las-Veqasda (ABŞ) çıxışa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən "The Sun" məlumat yayıb.

Selin Dion dörd ildən sonra ilk dəfə səhnəyə çıxacaq. O, sonuncu dəfə pandemiyadan əvvəl, 8 mart 2020-ci ildə çıxış edib. İnsayderlər bildiriblər ki, 56 yaşlı ulduz gizli şəkildə bu payızda baş tutacaq məhdud sayda konsertlərə hazırlaşır. Mütəxəssislər ona 18 ay ərzində səsini bərpa etməyə kömək ediblər.

Ağır xəstə olan sənətçi 70 dəqiqəlik şoularda ən böyük hitlərini səsləndirməyi planlaşdırır.

Selin Dionun səhhəti pisləşərsə, konsertlər təxirə salınacaq. Müğənninin imkanlarını qiymətləndirmək üçün ilk konsert digərlərindən daha qısa olacaq.

2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur. Müalicə kursu ilə əlaqədar müğənni 40-a yaxın konsertini ləğv edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->