Xəbər lenti

Şagirdlər arasındakı hadisəyə görə günahkar valideyndirmi? (ŞƏRH)
Ölkə 15:00 20.02.2024

Şagirdlər arasındakı hadisəyə görə günahkar valideyndirmi? (ŞƏRH)

"Baxıram ki, hamı valideyni günahkar hesab edir. Valideyn də bir vətəndaşdır. Onun üzərinə bu qədər yük qoymaq nə dərəcədə normaldır? Valideynin uşağına vaxt ayırmağa, onun təlib-tərbiyyəsi ilə məşğul olmağa nə qədər imkanları var? Bütün valideynlər gündəlik qazanc arxasınca qaçır. Bu da yarımçıq ailə olur. Belə bir valideyni hansı əsasla ittiham edirsiniz".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Bakıda 156 saylı məktəbin şagirdləri arasında baş verən hadisəyə görə, sosial şəbəkədə valideynləri ittiham edənlərə cavab verərkən deyib. 

Sədr bu səbəbdən məktəblərə əlavə səlahiyyət verilməsinin vacibliyini vurğulayıb:

"Valideynin bütün günü başı işinə qarışıb. Məktəb görsə ki, şagirdin davranışında pozuntu var, bunun qarşısını almaq üçün addımlar atacaq. Bu gün cəmiyyətdə olduğu kimi məktəblərdə də davranış dəyişikliyi ilə bağlı ciddi problemlər var. Bu səbəbdən də qanunvericilik ona uyğun uyğunlaşdırılmalıdır. Davranış dəyişikliyi ilə bağlı hansısa tədbirlər görülməlidir. Mədəni mühiti gücləndirmək lazımdır. Heç bir valideynə məsuliyyətsiz demək olmaz. O zaman valideyn qayıdıb deyər ki, mənim üçün hansı mühiti formalaşdırmısan, məsuliyyət də umursan. İttiham etməklə deyil. Mən məktəbə uşaq etibar etmişəm. Deyə bilərlər ki, məktəbdən kənarda baş verib. Amma hər halda bu hadisə baş verib. Müəllimi də qınamıram, çünki onun bir səlahiyyəti yoxdur". 

Mehriban Zeynalova belə hadisələrin zaman-zaman müxtəlif formalarda baş verdiyini qeyd edib:

"Belə formada isə ilk dəfədir. Burada məsələ çox qarışıqdır. Çox pis təlqin gedir və bu yayılmaqdadır. Bunun qarşısını almaq üçün məktəblərdə davranış testləri keçirilməlidir. Uşaqların davranışı ilə bağlı testlər keçirilməlidir. Müəyyən olunmalıdır ki, hansı uşağın davranışı təhlükəlidir və onda davranış pozuntusu hardandır? Bu qədər informasiya yükünün altında uşaqlar baş verənləri qaldıra bilmirlər. Onların ikisi də uşaqdır. Onun etdiyi qəbulolunmazdır. Demək uşaq bu təlqini hardansa götürüb və norma kimi mənimsəyib. Onun cəzasızlığını və yaxud da bağışlanacağını düşünərək qəbul edib, sonra da tətbiq edib. Bunlar bir-biri ilə bağlıdır. Bu məsələ həllini tapmalıdır. Yox, başını buraxsaq ki, düzələcək qeyri-mümkündür". 

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 156 saylı məktəbin XI sinif şagirdinin həmin məktəbin IX sinif şagirdinə qarşı zorakılıq etməsi ilə bağlı video yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər aşağalayıcı hərəkətləri edildiyi əks olunub. Baş verən hadisə ilə bağlı sosial şəbəkədə şagirdlərin valideynləri ittiham olunur. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->