Xəbər lenti

Təcili yardımı mobil tətbiq üzərindən çağırmaq mümkün olacaq
Sağlamlıq12:10 30.10.2025

Təcili yardımı mobil tətbiq üzərindən çağırmaq mümkün olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə həftədən sonra "e-Tabib" tətbiqində "103 xidməti" fəaliyyətə başlayacaq.
"Report" xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"də deyib.
Onun sözlərinə görə, təcili tibbi yardım xidmətinin 90 faiz işi elektronlaşdırılacaq.
"e-Tabib" tətbiqində olacaq "103 xidməti" sayəsində xəstəxana ambulansın təxmini çatma vaxtını görə biləcək", - E.Məmmədli qeyd edib