Ağız qoxusu həm insanın özünü, həm də ətrafdakı insanları narahat edir. Bu problemi yaşayanlar danışmaqdan çəkinir, ya da danışarkən ağızlarını tuturlar. İnsanın özünə olan inamını itirməsinə səbəb olan ağız qoxusu psixoloji problemlərə də yol aça bilər. Ağız içi infeksiyalar, diş çürükləri, mədə ilə bağlı problemlər, ağız quruluğu və aclıq kimi hallar ağız qoxusuna səbəb olan amillər arasındadır.
Ağız qoxusundan xilas olmaq üçün təbii yolları təqdim edirik:
Alma, armud, kök - Ehtiva etdikləri qida lifi sayəsində tüpürcəyi təmizləyər, eyni zamanda xoş dadları sayəsində nəfəsimizi təravətləndirər.
Təzə nanə yarpaqları - Xüsusilə soğan ya da sarımsaq yemisizsə, bunların qoxularını yox etmədə olduqca təsirli bir bitkidir.
Darçın qabıqları - Darçın qabıqlarında olan xüsusi bir yağ, ağızda olan bakteriyanı yox edər.
Limon - Limon ağız qoxusunu qarşısını almaqda əhəmiyyətli bir bitkidir. Limonu ortadan ikiyə bölüb yeyin.
Cəfəri - Nəfəsinizi təravətləndirməkdə olduqca təsirli bir bitkidir. Xüsusilə soğanlı, sarımsaqlı yeməklərdən sonra bir parça ağızınıza atın və yavaş-yavaş ağzınızın içində çeynəyərək əzin.
Qatıq - Gündə bir və ya iki dəfə yeməyiniz məsləhətdir. (Axşam.az)
Şərhlər