Azərbaycanın xalq artisti Alim Qasımovun Təbriz şəhərində mayın 27-nə planlaşdırılmış konserti təxirə salınıb.
Trend İranın "Fars" xəbər agentliyinə istinadən məlumat verir ki, bunu sənətkarın İran proqramları üzrə meneceri Xosrov Sərtipi bildirib.
O deyib ki, sənətkarın təcili səfəri səbəbindən konsert proqramı Ramazan ayından sonraya qədər təxirə salınıb.
Xatırladaq ki, dünya şöhrətli xanəndə mayın 13-də Tehranda konsert verib.
Qaynar.info
Şərhlər