Alimlər 11 milyon uşağın bu xəstəlikdən öləcəyini xəbər verdi

Alimlər 11 milyon uşağın bu xəstəlikdən öləcəyini xəbər verdi

Uşaqların xərçəngdən müalicəsinə maliyyə yatırımları olmazsa, onlardan bir çoxu yaxın onilliklərdə öləcək. 

Qaynarinfo xəbər verir ki, bu haqda "The Lancet Onkology” jurnalında çap olunan məqalədə deyilir. Məlumata görə, beynəlxalq ekspertlər əmindir ki, 14 yaşınadək 11 milyona qədər uşaq lazımi sərmayələr olmadığına görə 30 il ərzində onkologiyadan ölə bilər.

Ölənlərin 80%-dən çoxu aşağı və orta gəlirləri olan ölkələrdə baş verə bilər. İnkişaf etmiş ölkələrdə xərçəngli uşaqların 80%-i ən azı beş il yaşayacaq. Şərqi Afrikada belə xəstələrin nisbəti çüx cüzidir. Maliyyələşdirilmə olmazsa, 2050-ci ilə qədər dünyada 13,7 milyonadək uşaq xərçəng xəstəliyinə tutula bilər. Onlardan 6 milyondan çoxuna nəinki diaqnoz qoyulmayacaq, heç müalicə belə olunmayacaqlar.

Hesabat  müəllifləri hesab edir ki, xərçənglə mübarizəyə 594 milyard dollar məbləğində sərmayə məhsuldarlığın artıra və üçqat qazanc gətirə bilər. Buna görə onkologiyada əlverişsiz bir vəziyyət olan ölkələrin rəhbərliyi uşaqlarda xərçəngə qarşı mübarizə xərclərini tibbi sığortaya daxil etməli və xərçəngin müalicəsi üçün tibb mərkəzləri yaratmalıdır. Tibbi xidmətin yaxşılaşdırılması milyonlarla insanın həyatını xilas edə və iki trilyon dollar gəlir gətirə bilər.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR