Xəbər lenti

Alman kəşfiyyatı radikallarla bağlı araşdırmalara başladı
Dünya 12:39 16.01.2019

Alman kəşfiyyatı radikallarla bağlı araşdırmalara başladı

Almaniyanın daxili kəşfiyyat qrupuna bağlı Konstitusiyanı Mühafizə Təşkilatı Almaniya üçün Alternativ Partiyasını (AfD) istintaq prosesinə daxil edib.

Qaynarinfo xəbər verir ki, bundan sonra partiya barədə mediada çıxan məlumatlar, açıqlamalar, ianələr və s. addımlar araşdırılacaq. AfD Almaniyada sağ radikal mövqeyi ilə diqqət çəkir.

Qeyd edək ki, partiya 2017-ci ildə keçirilən parlament seçkilərində 13,3% səs toplayaraq ölkənin ən böyük 3-cü partiyası statusunu qazanıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->