Xəbər lenti

Almaniya Brüssel formatını
Siyasət 12:29 02.11.2023

Almaniya Brüssel formatını "dirildir": Berbok Bakıya niyə gəlir? (ŞƏRH)

"Annalena Berbok Brüssel formatını dirçəltmək üçün bölgəyə səfərə gəlir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Almaniya XİN rəhbəri Annalena Berbokun noyabrın əvvəlində Ermənistan və Azərbaycana olacaq səfərlərini şərh edərkən deyib.

"Ermənistan Azərbaycan münasibətlərinin normallaşması yolunda əsas üç platforma mövcuddur: Brüssel, Vaşinqton və Moskva platformaları. Bu platformalar çərçivəsində tərəflər arasında dəfələrlə görüşlər keçirilib. Xüsusən də Vaşinqton və Brüssel danışıqlarında prosesin ədalətli həllilə bağlı əhəmiyyətli dərəcədə irəliləyişlər əldə olunub", deyə Taleh Əliyev bildirib.

Politoloq bildirib ki, Brüssel formatında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi dövründə əldə olunan nəticələr sonradan Parisin prosesə qərəzli və qeyri-obyektiv yanaşması ilə ümidləri doğrultmadı: 



"Parisin birtərəfli dominantlıq etmə istəyi bu formatı iflasa uğratdı. Amma Avropa İttifaqı təkcə Fransadan ibarət deyil. Qurumun aparıcı dövlətlərindən biri Almaniyadır. Berlinin yenidən Brüssel formatını dirçəltməyə yönəlik təşəbbüsü təqdir olunmalıdır. Baxmayaraq ki, Berlin də Azərbaycanla bağlı məsələlərdə sona qədər obyektivliyi gözləmədi. Bununla belə, hesab edirəm ki, bu hələ Azərbaycanın alman diplomatiyasına inamının itməsi anlamına gəlmir".

Həmsöhbətimiz vurğulayıb ki, Berlin Aİ-nin Fransa tərəfindən heçə endirilən imicinin yenidən dirçldilməsi baxımından vacib faktordur:

"Hesab edirəm ki, Brüssel formatının dirçəldilməsində Almaniyanın mühüm xidmətləri ola bilər".

Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ölkənin xarici işlər naziri Annalena Berbok noyabrn 3-də Ermənistana səfər edəcək. Bir gün sonra - noyabrın 4-də Berbok Azərbaycana gələcək. Tərəflərin Cənubi Qafqazdakı durumu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə edəcəkləri gözlənilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->