Almaniya hökuməti Suriyadan qaçqın düşmüş ermənilərə humanitar yardım proqramı çərçivəsində daha 30 min avro ayrılması barədə qərar çıxarıb.
APA-nın “Novosti Armenia”ya istinadən yaydığı məlumata görə, “Missiya – Ermənistan” qeyri-hökumət təşkilatı bu proqram çərçivəsində ayrılmış vəsait hesabına suriyalı erməni qaçqınları paltar, gigiyena və məişət əşyaları ilə təmin edir. Bundan başqa QHT nümayəndələri qaçqınların tibbi xidmətlərdən istifadəsinə şərait yaradır, onları zəruri məlumatlarla təmin edirlər.
Qaynar.info
Şərhlər