Almaniya hökuməti İranın "Mahan Air" şirkətinin uçuşlarını ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə nəqliyyat nazirliyinin sözçüsü Simon Buser mətbuat konfransında məlumat verib. Xarici işlər nazirliyinin sözçüsü Kristofer Burqer isə qərarı Almaniyanın xarici siyasəti və təhlükəsizlik məsələsinə görə qəbul etdiklərini açıqlayıb.
Bildirilir ki, "Mahan Air" İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən hərbi məqsədlərlə də istifadə edilir.
Qeyd edək ki, ötən ilin sonlarında İran kəşfiyyatı Danimarkada sui-qəsdə cəhddə ittiham edilirdi. Bu səbəbdən Avropa İttifaqına daxil olan ölkələr bir neçə aydır İrana qarşı sanksiyalar tətbiq edir.
Gülşən
Şərhlər