Rusiyada keçirilən dünya çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün F qrupunda mübarizəyə start verilib.
Bu gün qrupun bir matçı baş tutub. Yeganə oyunda turnirin favoritlərindən olan Almaniya iddialı Meksikanı qəbul edib. "Lujniki"də baş tutan oyunda bir qol vurulub və amerikalılar qlib gəlib. Matçın yeganə qoluna 35-ci dəqiqədə İrvinq Lozano imza atıb.
Qeyd edək ki, qrupun digər matçı sabah İsveç və Cənubi Koreya arasında keçiriləcək.
DÇ-2018
I tur
F qrupu
Almaniya - Meksika 0:1
Qol: İrvinq Lozano, 35.
Almaniya: 1. Manuel Noyer, 2. Marvin Plattenhardt (23. Mario Qomes, 79), 5. Mats Hummels, 6. Sami Xedira (11. Marko Reus, 60), 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Timo Verner (20. Julian Brandt, 86), 10. Məsut Özil, 13. Tomas Müller, 17. Jerom Boatenq, 18. Coşua Kimmix.
Ehtiyat oyunçular: 12. Kevin Trapp, 22. Mark-Andre ter Stegen, 4. Mattias Ginter, 14. Leon Qoretzka, 15. Niklas Süle, 16. Antonio Rüdiger, 19. Sebastian Rudi, 21. İlkay Gündoğan.
Baş məşqçi: Yoahim Löv.
Meksika: 13. Gilyermo Oçoa, 2. Uqo Ayala, 3. Karlos Salsedo, 7. Migel Layun, 11. Karlos Vela (21. Edson Alvares, 58), 14. Xavyer Ernandes, 15. Ektor Moreno, 16. Ektor Errera, 18. Andres Quardado (4. Rafael Markues, 74), 22. İrvinq Lozano (9. Raul Ximenes, 74), 23. Xesus Qalyardo.
Ehtiyat oyunçular: 1. Joze Korona, 12. Alfredo Talavera, 5. Erick Qutiyerres, 6. Conatan Dos Santos, 8. Marko Fabian, 10. Ciovani dos Santos, 17. Xesus Korona, 19. Oribe Peralta, 20. Xavyer Aquino.
Baş məşqçi: Xuan Karlos Osorio.
Sarı vərəqələr: Tomas Müller, 83. Mats Hummels, 84 - Ektor Moreno, 40. Ektor Errera, 90.
Hakimlər: Alireza Faqani, Reza Suhandan, Mohammedreza Mansuri (İran), Mohammed Mohammed (BƏƏ).
Baş hakim: Əlirza Fəqani (İran).
Moskva. "Lujniki" stadionu.
Şərhlər