Almaniya prezidenti Frank-Valter Ştaynmayer Angela Merkeldən parlament seçkilərindən sonra kabinet formalaşana qədər ölkənin kansleri vəzifəsini icra etməyi xahiş edib.
Qaynarinfo Ştaynmayerin mətbuat xidmətinə istinadla xəbər verir ki, xahiş ölkə konstitusiyasının 69-cu bəndinin üçüncü bəndinə uyğun olaraq edilib.
Almaniyada 20-ci çağırış Bundestaqın təsis yığıncağı keçirilir. Adətən bu gün kanslerin və nazirin səlahiyyətləri başa çatır, lakin yeni hökumət hələ formalaşmayıbsa, onlar öz vəzifələrini tam şəkildə yerinə yetirməyə davam edirlər.
Alpər
Şərhlər