"AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" şirkəti məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, iddiaçı Abbasov Vüqar Yusif oğludur. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Vüqar Abbasovun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 11-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclasa hakim Nərmin Əhmədova sədrlik edəcək.
Bir müddə əvvəl "A.M.A.Y. Holding" şirkəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən vergi borcuna görə məhkəməyə verilmişdi. Həmin vaxt yayılan məkumatlarda bildirilirdi ki, şirkətin 20 842,09 manat vergi borcu yaranıb.
"A.M.A.Y. Holding" 2005-ci ildə qeydiyyata alınsa da, 90-cı illərin əvvəllərindən faəliyyət göstərir.
Abdulla Abdullayevin Azərbaycanda tanınması məhz bu şirkətin fəaliyyəti ilə bağlı olub.
O, 2015-ci ilə kimi ölkənin ən uğurlu iş adamlarından biri kimi tanınıb. Həmin il isə mənimsəmə və vəzifə səaliyyətlərindən sui-sitifadə ittihamı həb edilib. Məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən Abdulla Abdullayev 2016-cı ildə azadlığa çıxıb.
Seyid
Şərhlər