Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun bacısı Bəsti İsmayıl sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, qardaşı İlham İsmayıl bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.
Bəsti İsmayıl tanınmış ekspertin vəziyyətinin ağır olduğunu və hazırda reanimasiyada müalicə aldığını yazıb. Bacısının sözlərinə görə, həkimlər İlham İsmayıla daxili qanaxma diaqnozu qoyublar.
Şərhlər