Xəbər lenti

Anar Mədətovdan oğlunun soyadını dəyişməsinə münasibət:
Video 15:54 01.05.2019

Anar Mədətovdan oğlunun soyadını dəyişməsinə münasibət: "Özünü biabır edir" (VİDEO)

Prodüser Anar Mədətovun həyat yoldaşından boşanmadan Samirə adlı vizajistlə nişanlanması tənqid olunub.

Qaynarinfo xəbər verir ki, A.Mədətov ARB TV-də yayımlanan "Show News” verilişinin məsələ ilə bağlı sualını cavablandırmaqdan imtina edib:
 
"Açıqlama yoxdur. Mənim ailə işimə heç kim qarışa bilməz. Cavabım budur”.

Prodüser ayrılığının səbəbini belə açıqlayıb: "Həyatdır. Həyatda hər şey ola bilər. Bir gün çıxarsan və yolda başına düşə bilər, ölərsən. Həyatda hər şey olur”.

A.Mədətov oğlu Mahir Mədətovun soyadını dəyişməsinə belə münasibət bildirib:

"Mahir elə bir şey deyə bilməz. Mahirə heç kim o sualı verməyib, Mahir də elə cavab deməyib. Əgər kimsə Mahirin adından danışıb xal tutmaq istəyirsə, həmin adam özünü biabır edir”.

Xatırladaq ki, Anar və Elnurə Mədətovlar ayrılıb. Bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini də məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə toy etməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub. 

Elnurə və Anarın ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçməyi istəyir. Mahir artıq İnstaqramda da soyadını dəyişərək "Mahir Əmrəli" edib.

Qeyd edək ki, Elnurə də əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir. Onların Mahirdən başqa, bir qız övladı da var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->