Antalyanın Belek bölgəsində yağmış qar "Qarabağ"ın planında dəyişikliyə səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Çexiyanın "Bohemians” klubu ilə 12:00-da start götürməli olan yoxlama oyunu meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyir. Oyunun başlama vaxtı dəqiqləşən kimi məlumat veriləcək.
Ağdam klubu bu gün ikinci yoxlama matçında saat 18:00-da Polşa təmsilçisi "Visla Krakov”la qarşılaşacaq.
Səbuhi Həsənov
Şərhlər