"Belə qarayaxma kampaniyası aparmaq yolverilməzdir".
Bunu Ann.az-a açıqlamasında siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanı istəməyən qüvvələr dövlətimizi gözdən salmaq üçün müxtəlif formada informasiya müharibəsi aparırlar:
"Buna görə də əsas hədəfdə ordunun rəhbərliyində olan şəxslərdir. Bu istiqamətdə geniş şəbəkə çalışır və məqsədləri də odur ki, ordu rəhbərliyi ilə ordunun şəxsi heyəti, eləcə də xalq və hakimiyyət arasında narazılıq salsınlar. Lakin unudurlar ki, bu bağları qoparmaq mümkün deyil. Vətəndaşların orduya inamını sarsıda bilməzlər. Düşmən tərəf də daim həqiqətə uyğun olmayan, böhtan xarakterli xəbərlər paylaşaraq, bizə zərbə endirməyə çalışır”.
A.Həsrət bildirib ki, düşmən Azərbaycan Ordusunu daxildən zəiflətmək üçün durmadan çalışır:
"Biz heç bir antimilli və erməni qüvvələrə həmrəyliyimizi pozmaq imkanı verməməliyik”.
Şərhlər