Bütün dünyanı təsiri altına alan və minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyası İraqda da sürətlə yayıldığı bir vaxtda televiziya kanallarından biri koronavirusdan müsahibə götürüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan müsahibə həmçinin izləyənlərə təbəssüm bəxş edib. Koronavirusun mənfi tərəfləri, kimlərə yoluxduğu, hansı mühiti sevdiyi, yaxşı bir tərəfinin olub olmadığı kimi suallara cavab verilib.
Video sosial şəbəkələrdə trend olduqdan sonra bəzi istifadəçilər müsbət, bəziləri isə bunungülünc olduğunu yazıblar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər