Siyasət 16:24 18.09.2020

Apelyasiya Məhkəməsi Tofiq Yaqublu ilə bağlı qərar verdi

Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Qaynarinfo-nun məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb. 

Məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib. 

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib. 

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.