Texnologiya 22:52 27.10.2019

Apple, Google və digər nəhənglər günümüzə necə nəzarət edirlər?

Həyatımızı "gadget”lərsiz təsəvvür etmək mümkün deyil. Onlar bizi hər yerdə – evdə,işdə, maşında, idman zalında, mağazada, istirahətdə müşayiət edirlər.

Texnologiya inkişaf etdikcə şirkətlər hər müştəridən gəlir əldə etməyin ən yeni üsullarını axtarırlar, bizim ən məhdud resursumuz sayılan vaxt isə döyüş meydançasına çevrilir.

Bu döyüş oyandığımızdan yatana kimi olan vaxt ərzində dayanmadan davam edir. Ofis işçiləri və tələbələrdən tutmuş sahibkarlara kimi hamı vaxtının çox hissəsini işə və asudə zamana ayırırlar. Və dünyanın altı iri texonoloji şirkətinin məhsullarının əksəriyyəti məhz bu sahələrə gəlir. Həmin şirkətlər Google, Amazon.com, Apple, Microsoft, Facebook və Samsung-dur.

Bununla belə şirkətlər başa düşürlər ki, adi gün sadəcə iş və əyləncədən daha çox işlərlə dolu olur. Buna görə də məhz onlar digər fəaliyyət sahələrini də ələ keçirən daha da çox məhsul təklif edirlər.

Müstəsna hal olaraq bir şirkətin məhsullarına güvənən müştərinin işi aparat və proqram təminatı istehsalçıları arasındakı dəqiq həddi aşmamaqdır. Gəlin Apple-ı götürək. Onun əsas məhsulları telefon, planşet və noutbuklardır. Amma bu bazarda inkişaf ləng getdiyi üçün şirkətə daha çox proqram təminatı lazım gəlir. Bu, yenilənmələr hesabına hər cihazdan daha çox satışa nail olmaq üçündür.

Məsələn, HomeKit evlərin avtomatlaşdırılması infrastrukturası, HealthKit tibbi məlumatlar bazası və CarPlay avtomobillərin idarə olunması interfeysi belə hesab edirlər ki, siz daim onlara ehtiyac duyacaqsınız və özləri ilə əlaqəli tətbiqləri sizə satırlar. Şirkət məhsullar arasında qarşılıqlı asılılığa can atır və bunun üçün sizə Apple Watch-un köməyi ilə Apple TV-yə nəzarət etməyə imkan verir.

ABŞ-ın əmək statistikası Bürosunun məlumatlarına əsaslanan diaqramlar günün müəyyən fraqmentlərinə hansı məhsulların aid olduğunu hesablayıblar.

Proqram təminatı bazarının  belə nəhəngləri və Google kimi xidmətlər əksinə olaraq, alıcıların diqqətini əsas məhsullarına cəlb etmək üçün yeni cihazlar yaradırlar. Keçən il Pixel yaranandan sonra istifadəçilər axtarış alətlərinə giriş əldə edə biliblər. Onlar "OK, Google” sözləri ilə smartfona müraciət ediblər. Android telefonları istifadəçilərə şirkəti qiymətləndirməyi və ya şəkillərə geoteqlər qoymağı təklif edirlər. Bu, Google ekosistemində məlumatları tamamlamağa və istifadəçiləri geri qaytarmağa imkan verir.

Bloomberg Intelligence-in məlumatına görə, Google Şimali Amerikadan olan hər istifadəçiyə görə ildə 152 dollar alır – bu, əsasən reklamdan gələn gəlirdir. Belə olan halda siz Google üçün nə qədər tez-tez özünüz barədə məlumatlar versəniz bir o qədər müştəri kimi dəyərli olarsınız. Bu qayda Facebook üçün də keçərlidir – bu şirkət ildə hər istifadəçiyə görə orta hesabla 78 dollar qazanır.

Növbəti inkişaf üçün də sahə mövcuddur. Yolda keçirdiyimiz vaxt müddəti qaranlıq olaraq qalır və texnologiya nəhəngləri əlavə məzmun və xidmət satışı üçün bir yolun açıldığını hiss edirlər. Buna görə də onların çoxu avtomobil biznesinə can atır: avtonom idarə olunan maşında olan müştərinin vaxtı daha çox olur və o, filmlərə baxa və ya onlayn alış-veriş edə bilər.

Güclü rəqabət burada geri çəkən faktor rolunu oynamır. Məsələn, Amazon.com onlayn ticarətdə liderdir və istəyir ki, siz məişət avadanlıqlarını Amazon Echo-nun köməyi ilə Alexa-dan sifariş edəsiniz və ya Amazon.com-da Prime-a abunə olasınız. Amma bu, Google-a özünün Shopping Express xidmətini açmaqda mane olmadı. Apple isə rabitəsiz ödəmə üçün iPhone və Watch cihazlarından istifadə etdi.

Apple, Amazon, Google, Microsoft və Facebook-un  süni zəka məhsulları var və onlar məlumatları toplayıb nəyin xoşunuza gələ bilməsini təhlil edirlər, sonra isə sizi həmin məlumatları sizin ixtiyarınıza verirlər. Onların virtual köməkçiləri – Siri, Alexa, Google Assistant, Microsoft-da Cortana və Facebook-da M daha çox təkliflər arasında əlaqələndirici bağ kimi çıxış edirlər.

Gün ərzində ancaq bir zaman müddəti texnoloji şirkətlər tərəfindən hələ də əlçatmaz olaraq qalır – hər 8 saatlıq yuxu. Amma tezliklə hər şey dəyişə bilər. Məsələn, bu yaxınlarda  Apple Beddit şirkətini əldə edir. Bu şirkət yuxu üçün 150 dollarlıq monitor istehsal edir. Belə bir "yuxu məhsulu”nu qazanmaqla Apple demək olar ki, insanın sutka ərzində bütün fəaliyyət növlərini əhatə edə biləcək. Tarixi təcrübəyə əsaslansaq, digər şirkətlərin də tezliklə yuxunuzu zəbt edəcəyini hesab etmək olar.

Mənbə: bizplus.az