Xəbər lenti

Azərbaycan dünyada internetin sürətinə görə neçənci yerdədir?
Texnologiya11:44 16.07.2025

Azərbaycan dünyada internetin sürətinə görə neçənci yerdədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin iyun ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti əvvəlki ayla müqayisədə 4 pillə irəliləyərək 81,36  Mbit/s təşkil edib. 
Valyuta.az "Speedtest Global Index"ə əsasən, xəbər verir ki, ölkəmiz bu göstərici ilə 152 ölkə arasında 83-cü sırada yer alır.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə isə Sinqapur (393.15 Mbit/s),  Honq Konq (323.87 Mbit/s) və Fransa (319.43 Mbit/s) olub.
Mobil internet sürətində isə Azərbaycan iki pillə irəliləyərək 72,52 Mbit/s sürətini əldə edib və 103 ölkə arasında 55-ci yerdə qərarlaşıb. 
Mobil internetin sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (546.14 Mbit/s), Qətər (517.44 Mbit/s) və Küveytin (378.45 Mbit/s) olub.